• Bakı 18° C

    4.87 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.1022

Gömrükçülərin maaşları ilə bağlı VACİB XƏBƏR

CƏMİYYƏT

22 Aprel 2025 | 13:26

Gömrükçülərin maaşları ilə bağlı VACİB XƏBƏR

Nazirlər Kabineti Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında qərarlar qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, qərarları Baş nazir Əli Əsədov imzalayıb.

Maliyyə Nazirliyinə tapşırılıb ki, gömrükçülərin aylıq vəzifə maaşları ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini 2025-ci ilin dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirsin.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, aylıq vəzifə maaşlarının artımı ilə əlaqədar olaraq xüsusi rütbəsi olan əməkdaşların əmək pensiyalarının qanunvericiliklə müəyyən olunmuş qaydada hesablanmasını və ödənilməsini təmin etsin. 

Qərarlar bu il yanvarın 1-dən qüvvəyə minir. 


SON XƏBƏRLƏR