• Bakı 19° C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Güləş üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib

İDMAN

24 Dekabr 2024 | 20:41 | Müəllif: Subhan Mahmudov

Güləş üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib

Yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatında ilk günün qalibləri müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, yunan-Roma güləşində 55, 63, 72, 82 və 97 kq çəki dərəcələri üzrə 104 idmançı mübarizə aparıb.

İlk finalın qalibi 3 illik fasilədən sonra çempionluq sevinci yaşayan Elmir Əliyev (55 kq) olub. Ziya Babaşov ardıcıl 3-cü dəfə 63 kq-da Azərbaycan çempionu ünvanına sahib çıxıb. 72 kq-ın həlledici görüşündə ötənilki finalçılar üz-üzə gəlib. Bu dəfə də Urfan Həsənlidən güclü olan Ruslan Nurullayev titulunu qoruyub.

82 kq-da yeni ölkə çempionu müəyyənləşib. Sürprizə imkan verməyən Qurban Qurbanov favorit statusunu doğruldub. 97 kq-da gözlənilən final baş tutub. İki milli üzvünün qarşıdurmasından Murad Əhmədiyev qalib ayrılıb və titulunu qoruyub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR