• Bakı 21° C

    2.79 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Juninyo dünyanın ən sərrast hücumçuları arasında

İDMAN

23 Yanvar 2025 | 18:10 | Müəllif: Subhan Mahmudov

Juninyo dünyanın ən sərrast hücumçuları arasında

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) 2024-cü ildə rəsmi oyunlarda ən çox qol vuran 100 futbolçunun adını açıqlayıb.

Bakıvaxtı.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bombardirlərin siyahısında “Qarabağ”ın sabiq hücumçusu Juninyo da yer alıb. Qış fasiləsində Braziliyanın “Flamenqo” komandasına keçən 28 yaşlı forvard ölkədaxili yarışlarda 15, avrokuboklarda isə 11 qolla 79-cu sırada qərarlaşıb. O, bu göstərici ilə İngiltərə nəhəngi “Mançester Siti”nin yeni transferi Omar Marmuş və ABŞ-ın “İnter Mayami” klubunun aparıcı oyunçusu Luis Suarezi qabaqlayıb.

Siyahıya Portuqaliya təmsilçisi “Sportinq”in isveçli futbolçusu Viktor Dyökereş başçılıq edir. O, ötən il meydana çıxdığı bütün rəsmi matçlarda ümumilikdə 64 qolla yadda qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026