• Bakı 8° C

    11.16 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Güləşçimiz dünya üçüncüsü olub

İDMAN

20 Avqust 2021 | 18:15

Güləşçimiz dünya üçüncüsü olub

Azərbaycanın qadın güləşçisi Birgül Soltanova Rusiyanın Ufa şəhərində gənclər arasında dünya çempionatında bürünc medal görüşünə çıxıb.

Bakıvaxtı.az-ın məlumatına görə, 62 kq çəki dərəcəsində mübarizə aparan idmançı almaniyalı Luisa Şeel ilə qarşılaşıb.

Rəqibinə "tuşe" ilə qalib gələn Soltanova fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Qeyd edək ki, daha əvvəl kişi sərbəst güləşçilərdən Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (70 kq) və Əşrəf Aşırov (79 kq) gümüş, Turan Bayramovla (74 kq) Saqadulla Ağayev (86 kq) bürünc medal qazanıb. Qadınlardan isə Jalə Əliyeva (59 kq) dünya üçüncüsü olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026