Hacıqabulda ev yanıb.
Bakıvaxtı.az bu barədə FHN-ə istinadla xəbər veritr.
Hadisə rayonun Padar qəsəbəsində qeydə alınıb. Belə ki, ümumi sahəsi 84 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 60 m² sahədə yanıb.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















