• Bakı 14° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Xəzərdə daha bir brakonyer saxlanıldı

HADİSƏ

01 Mart 2024 | 08:45 | Müəllif: Qalib İbrahimoğlu

Xəzərdə daha bir brakonyer saxlanıldı

Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanunsuz olaraq balıq ovu ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, polis əməkdaşlarının Neftçala rayonunun Mayak kəndi ərazisində aparıqları profilaktiki-nəzarət tədbirləri zamanı Xəzər dənizində kustar üsulla hazırlanmış ov qurğularından istifadə etməklə balıq ovlayan rayonun Kürkənd kənd sakini E.Şirəliyev saxlanılıb.

    Həmin şəxsdən müxtəlif növ ov qurğuları, eləcə də qanunsuz olaraq ovlanmış 40-dan çox şamayı, külmə, kütüm, qarabel siyənək və kefal balığı aşkar edilərək götürülüb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    06 Noyabr 2026