• Bakı 8° C

    11.16 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

HƏMAS-ın daha bir komandiri ÖLDÜRÜLDÜ

DÜNYA

06 Dekabr 2024 | 21:20 | Müəllif: Subhan Mahmudov

HƏMAS-ın daha bir komandiri ÖLDÜRÜLDÜ

İsrail ordusu Qəzza zolağında HƏMAS-ın daha bir komandirini öldürüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

HƏMAS hərəkatının Qəzza zolağında hava hücumundan müdafiə qüvvələrinin komandiri Nidal Əl-Nəccarın məhv edildiyi açıqlanıb.

Mətbuat xidməti qeyd edib ki, Əl-Nəccar müharibə boyu İsrail Dövlətinə və İsrail Müdafiə Qüvvələrinə partlayıcılarla dolu pilotsuz uçuş aparatlarının köməyi ilə hücum edənlərdən biri olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026