• Bakı C

    4.85 m/s

  • USD - 1.7

    EUR - 1.7536

    RUB - 1.5373

2025-ci ilin yeni virusu: Metapnevmovirus təhlükəlidirmi?

DÜNYA

05 Yanvar 2025 | 18:39

2025-ci ilin yeni virusu: Metapnevmovirus təhlükəlidirmi?

Yeni virus Çin və Qazaxıstanda sürətlə yayılmaqdadır. 

Bakıvaxtı.az xəbər verir ki, Hindistan, Malayziya və Pakistan təhlükəsizlik tədbirlərini gücləndirib. Bu virusun ölüm nisbəti koronavirusdan (COVID-19) daha yüksəkdir və 43%-ə çatır.

Çində yeni metapnevmovirusun (HMPV) yayılması halı qeydə alınıb. Ölkədə xəstəxanalar dolub. Bu barədə Çin Xalq Respublikasının Xəstəliklərə Nəzarət və Profilaktika İdarəsi məlumat verib. Məlumatlar, 23-29 dekabr tarixləri arasında Çin xəstəxanalarından götürülmüş nümunələrin analizi əsasında əldə edilib.

"Nəticələrin analizi göstərir ki, kəskin respirator virus xəstəlikləri sürətlə artmaqdadır," — idarədən bildirilib.

Araşdırma nəticələri həmçinin ölkədə qrip və rinovirus kimi digər kəskin respirator virus xəstəliklərinin də yayılmasını göstərir. Çinin şimal bölgələrini cənginə alan metapnevmovirusa daha çox 14-15 yaşlı uşaqlar yoluxur.

Metapnevmovirusla yoluxma halları Qazaxıstanda da qeydə alınıb. Respublikanın Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə xəstəliklərin mövsümi artım statistikası 1,6% dir. Ümumilikdə 30 yoluxma halı aşkar edilib.

Metapnevovirusunun əsas simptomları adi qrip və soyuqdəymə ilə oxşardır: öskürək, burun axması, nəfəs darlığı, yüksək qızdırma, baş ağrısı. Bədəndə səkilər, qusma və ishal da müşahidə olunan bilər. Çox vaxt xəstəlik yüngül formada keçir, lakin immuniteti zəif olanlar, körpələr və yaşlı insanlar üçün metapnevovirus ciddi fəsadlar yarada bilər. Xəstəliyin dərmanı yoxdur, yalnız əlamətlərini yüngülləşdirmək üçün tədbirlər görülə bilər.


SON XƏBƏRLƏR

06 Yanvar 2025