• Bakı 8° C

    11.16 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Hər ailəyə 200 manat verilsin" - Deputatdan hökumətə ÇAĞIRIŞ

SİYASƏT

18 Oktyabr 2022 | 11:40 | Müəllif: Qalib İbrahimoğlu

"Hər ailəyə 200 manat verilsin" - Deputatdan hökumətə ÇAĞIRIŞ

"Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyi ilə bağlı təklif etmişdim ki, hər bir vətəndaşa 100 manat pul verilsin. Hal-hazırda da bunu ödəmək üçün kifayət qədər vəsaitimiz var”.

Bakıvaxtı.az xəbər verir ki, bunu millət vəkili Tahir Kərimli Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

“Hal-hazırda Neft Fondunun büdcəsində 55 milyard dollara yaxın vəsait var. Və hər vəətndaşa yüz manat verilsə, bu, Fondun ümumi ehtiyatının cəmi 1 faizinə bərabər olacaq".

T.Kərimli hesab edir ki, ötən il dünyaya gələn 112 min uşağın hər birinin hesabına 2000 dollar pul keçirilə bilər: "Bəzi neft-qaz hasil edən ölkələrdə bu, 10 minlərlə dollardır".

"Üçüncüsü, əhali qaz ödənişlərində çətinlik çəkir. 2,2 milyon ailəyə kommunal ödənişlər üçün 200 dollar vəsait ayrıla bilər. Bütün bu sadalananları həyata keçirmək üçün Neft Fondunun 2,5 faiz vəsaitini ayrıması yetərlidir və hesab edirəm ki, bu böyük məbləğ olmaz. Bu pulu xalqımız üçün xərcləmək olar", - deyə T.Kərimli qeyd edib.

Onun sözlərinə görə, eyni zamanda təhsili vətəndaşa pulla satmaq lazım deyil: "Hesab edirəm ki, təhsil tamamilə pulsuz ola bilər”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026