ABŞ-ın YPG ilə əməkdaşlıq etmək əvəzinə Türkiyə ilə əməkdaşlıq etməsi gərəkdir. Biz buna hazırıq və doğru olan da budur.
Bakıvaxtı.ax xəbər verir ki, bu sözləri Türkiyə milli müdafiə naziri Hulusi Akar Şəhidlər günü ilə bağlı təşkil edilən mərasimdə çıxış edərkən deyib.
“Yunanıstanın Egey və Aralıq dənizlərindəki təxribatları qəbuledilməzdir, problemlərin həllinə töhfə verməyəcək. Hər kəs bilməlidir ki, bu halda nəticə əldə olunmayacaq”, - deyə nazir bildirib.















