Yəmən husilərinin “Ənsar Allah” hərəkatı tərəfindən Ədən körfəzində hücuma məruz qoyduqları Böyük Britaniyaya məxsus “Rubymar” gəmisi batıb.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb.
Qeyd edək ki, husilər gəmiyə qarşı raket hücumu həyata keçirib. Nəticədə ciddi zərər görən gəmi batıb.
...
11:51
Husiləri Ədən körfəzində Britaniyanın “Rubymar” gəmisinə raket hücumu həyata keçirib.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Ənsar Allah” hərəkatının açıqlamasında bildirilib.
Qeyd edilib ki, nəticədə gəmi ciddi zərər görüb.
Məlumata görə, zərərə görə “Rubymar” gəmisi Ədən körfəzində batma təhlükəsi yaşayır.
















