• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

İdman mərcləri qumar asılılığı yaradır 

CƏMİYYƏT

12 Fevral 2024 | 12:48

İdman mərcləri qumar asılılığı yaradır 

Onlayn platformalarda mobil idman mərcləri daha riskli qumar asılılığı yaradır.

Bakıvaxtı.az xəbər verir ki, Avstraliya Dövlət Universitetinin alimləri bu qənaətə gəliblər.

Nəticələr “Journal of Behavioral Addictions” (JBA) jurnalında dərc olunub.

Smartfon mərclərinin potensial zərərini öyrənmək üçün tədqiqatçılar anlıq qiymətləndirmə metodundan istifadə ediblər.

Birbaşa iştirakçılardan 1378 mərc seansı haqqında məlumat əldə edə biliblər.

İştirakçılar həftədə ən azı iki dəfə idmanla bağlı mərc edən 18-29 yaş arası gənclər olub.

Tədqiqatçılar iştirakçıların psixi sağlamlığı, tez-tez istifadə olunan mərc platformaları və qumarla bağlı mənfi təcrübələri haqqında məlumat toplayıblar.

Nəticələr göstərib ki, smartfonlarda mərc oynamaq rahat olduğu üçün gənclərin qumara həvəsi daha da artırır. 

Alimlər qənaətinə görə, bu cür fəaliyyətlərin yüksək əlçatanlığı, cəlbediciliyi və anonimliyi impulsiv davranışın inkişafına və qumar oyununa potensial asılılığın inkişafına səbəb olur.

Günəş Mərd


SON XƏBƏRLƏR

26 Iyul 2024