Cüdoçumuz Zelim Kotsoyev Təl-Əvivdə keçirilən “Böyük dəbilqə” turnirində bürünc medal qazanıb.
Bakıvaxtı.az xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız üçüncü yer uğrunda görüşdə Gürcüstan təmsilçisi Onise Saneblidzeni məğlub edib.
Bununla da, Azərbaycan komandasının qazandığı medalların sayı dördə çatıb.















