Azərbaycan Prezidenti İlham Əliyev Koreya Prezidenti Li Cemyönə təbrik məktubu ünvanlayıb.
Bakıvaxtı.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Koreya Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Azərbaycan ilə Koreya arasında əlaqələrin uğurla inkişafı məmnunluq doğurur. Bu gün bir sıra sahələrdə, xüsusilə də iqtisadi-ticari, sənaye, yüksək texnologiyalar, rəqəmsal transformasiya, elm, təhsil və digər sahələrdə əməkdaşlığımızın dərinləşməsi üçün yaxşı imkanlar vardır.
İnanıram ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Koreya əlaqələrinin möhkəmləndirilməsi, qarşılıqlı fəaliyyətimizin genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Koreya Respublikasına daim əmin-amanlıq və firavanlıq arzulayıram".