• Bakı 8° C

    11.02 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İlham Əliyev yeni qanunu imzaladı

SİYASƏT

29 Mart 2023 | 16:13

İlham Əliyev yeni qanunu imzaladı

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. 

Dəyişikliyə əsasən, bundan sonra ölkəmizdən tranzit keçən nəqliyyat vasitələrindən də yol vergisi alınacaq.

Qeyd edək ki, dəyişikliyə qədər avtonəqliyyat vasitələrinin növündən, mühərriklərinin həcmindən, Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən oturacaqlarının sayından, oxların sayından və avtonəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisindən, Azərbaycan Respublikası ərazisində qət edilən məsafədən, təhlükəli yüklərin daşınmasından asılı olaraq Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisini tərk edən xarici dövlətlərdə qeydiyyatda avtonəqliyyat vasitələrindən, habelə Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi alınırdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR