• Bakı 9° C

    10.22 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Aleksandr Lentsovdan nə gözləyək? - AÇIQLAMA

SİYASƏT

28 Aprel 2023 | 12:19 | Müəllif: Qalib İbrahimoğlu

Aleksandr Lentsovdan nə gözləyək? - AÇIQLAMA

“Andrey Volkovun getməsi gözlənilən idi. Çünki Volkov tabeliyində olan rus kontingentini erməni silahlarının kuryerinə çevirmişdi”.

Bunu Bakıvaxtı.az-a hərbi-siyasi ekspert Ədalət Verdiyev Rusiya sülhməramlılarının Qarabağdakı komandanının dəyişdirilməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, artıq Qarabağ ərazisində inşaat işlərindən tutmuş, silah-sursat daşınmalarına himayədarlıq etməyə qədər bütün funksiyaları rus sülhməramlıları üzərinə götürmüşdü:

“Bu da birmənalı olaraq, Volkovun fəaliyyətinin nəticəsi idi. Bu vəzifəyə Aleksandr Lentsovun gəlməsi ilə çox şeyin dəyişəcəyini düşünmürəm. Çünki Volkov da özbaşına deyildi. Onu Rusiya Müdafiə Nazirliyi idarə edirdi. Lentsov da Rusiya MN-in tərkibində çalışan biri kimi, quru qoşunları komandanının müşaviridir”.

“Çox şey dəyişəcəyini düşünmürəm” deyən Ə.Verdiyev ən azından Lentsovun Volkovun yarıtmaz fəaliyyətlərinin acı nəticələrindən özü üçün ibrət dərsi çıxaracağına ümid edir.

“Lakin bu barədə nəyisə dəqiq proqnozlaşdırmaq doğru olmaz. Lentsovun fəaliyyətini cəmiyyət olaraq irəliləyən zamanlarda görəcəyik”, - deyə Ədalət Verdiyev əlavə edib.

Qeyd edək ki, Rusiya hakimiyyəti Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandanı Andrey Volkovu geri çağırmaq qərarına gəlib. Bu posta müdafiə naziri Sergey Şoyqunun müşaviri, general-polkovnik Aleksandr Lentsov təyin olunacaq.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026