• Bakı 21° C

    4.17 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

İlham Əliyevdən Gəncə şəhəri ilə bağlı QƏRAR

CƏMİYYƏT

01 Aprel 2022 | 18:55 | Müəllif: Subhan Mahmudov

İlham Əliyevdən Gəncə şəhəri ilə bağlı QƏRAR

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”na dəyişiklik edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti qərar imzalayıb.

Dəyişikliyə əsasən, Gəncə şəhəri bələdiyyə siyahısı aşağıdakı redaksiyada təsdiq edilib:

Kəpəz bələdiyyəsi - Cavadxan, Məhsəti, Nətavan, Sadıllı və Şıxzamanlı qəsəbələri, Gəncə şəhərinin 1 və 2 nömrəli sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi;

Nizami bələdiyyəsi - Gəncə şəhərinin 3 və 4 nömrəli sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi;

Hacıkənd bələdiyyəsi - Hacıkənd və Göygöl qəsəbələri.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026