• Bakı 16° C

    2.64 m/s

İndoneziyada vulkan püskürməsindən ölənlərin sayı artıb

DÜNYA

07 Dekabr 2021 | 09:00

İndoneziyada vulkan püskürməsindən ölənlərin sayı artıb

Dekabrın 4-də İndoneziyanın Yava adasındakı Semeru vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 27-yə çatıb, 20-dən çox insan isə hələ də itkin hesab olunur.

Bakıvaxtı.az “TASS”a istinadən xəbər verir ki, bunu xilasedicilər qrupunun nümayəndəsi Vayan Suyatnuya bildirib.

Onun sözlərinə görə, bu gün səhər daha beş nəfərin cəsədi aşkar edilib.

Yava adasının ən hündür zirvəsi (3676 m) və ölkənin 130 ən aktiv vulkanından olan Semeru vulkanın püskürməsi zamanı daha əvvəl 22 nəfərin öldüyü, 160-dan çox insanın xəsarət aldığı bildirilirdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026