Dünyada ilk dəfə olaraq son 24 saat ərzində koronavirusa yoluxanların sayı 2 294 039 nəfər olub.
Bakıvaxtı.az xəbər verir ki. bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.
Məlumata görə, bununla dünya üzrə virusa yoluxanların sayı 293 750 692 nəfərə çatıb.
Qeyd olunub ki, ötən sutka daha 7011 nəfər COVID-19-dan ölüb. Bununla koronavirusdan dünyasını dəyişənlərin sayı 5 454 131-ə çatıb.
Sutka ərzində əvvəlki antirekord 1 859 485 yoluxma ilə bu il yanvarın 1-də qeydə alınıb.
Məlumata görə, yoluxma halları ən çox ABŞ-da qeydə alınıb - 55 972 114. Sonrakı yerləri Hindistan (35 018 358), Braziliya (22 305 078), Böyük Britaniya (13 641 524) və Rusiya (10 585 984) bölüşür.
Ən çox ölüm halları da ABŞ-da olub - 821 408. Növbəti sıralarda Braziliya (619 209), Hindistan (482 551), Rusiya (313 015) və Meksika (299 581) qərarlaşıb.
















