• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Türkiyə ilə Rusiya arasında siyasi məsləhətləşmə oldu

DÜNYA

04 Fevral 2022 | 21:12 | Müəllif: Subhan Mahmudov

Türkiyə ilə Rusiya arasında siyasi məsləhətləşmə oldu

Bu gün Moskvada Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Türkiyənin xarici işlər nazirinin müavini Faruk Kaymakçı ilə məsləhətləşmələr aparıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Rusiya ilə Türkiyə arasında ikitərəfli əməkdaşlıq məsələləri, eləcə də Qərbi Balkanlarda mövcud vəziyyət ətrafında hərtərəfli fikir mübadiləsi aparılıb.

Rusiya ilə Türkiyə arasında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı , G20 və Ümumdünya Ticarət Təşkilatı kimi çoxtərəfli formatlarda əməkdaşlıq imkanları barədə müzakirə olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR