• Bakı 9° C

    11.67 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

iPhone almaq üçün neçə gün işləmək lazımdır?

CƏMİYYƏT

04 Noyabr 2022 | 15:05 | Müəllif: Qalib İbrahimoğlu

iPhone almaq üçün neçə gün işləmək lazımdır?

“Picodi ekspertləri növbəti "iPhone indeksi2022"ni dərc ediblər”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

AİF prezidenti qeyd edib ki, onlar iPhone 14 Pro(128Gb) smartfonun ölkələr üzrə mövcud qiymətini və aylıq orta əmək haqqını müqayisə ediblər: “Bu müqayisəyə görə orta statistik azərbaycanlı iPhone almaq üçün 83 gün işləməlidir. Adıçəkilən qurumun statistikasına görə Azərbaycanla bağlı vəziyyət ötən illə müqayisədə müsbətə doğru 10 gün dəyişib".

Onun sözlərinə görə, ən yaxşı vəziyyət İsveçrədədir. Burada 4-5 gün işləmək kifayətdir ki, bir iPhone alasan: "Bu indeksə görə orta statistik amerikalı bir iPhone üçün 5-6 gün sərf etməlidir. Tacikistanda isə bir iPhone almaq üçün təxminən yarım il işləmək lazımdır. Gürcüstanda isə bunun üçün 64 gün işləyib bir iPhone almaq olar. Keçmiş sovetlər birliyində ən yaxşı vəziyyət Estoniyadadır, bu ölkədə 21 gün işləyib bir iPhone almaq olar”.

O.Gündüz deyib ki, qurumun ekspertləri iPhone indeksini hazırlayarkən bu telefonun mağazalardakı rəsmi satış qiymətlərini və statistika qurumlarından əldə olunan aylıq orta əmək haqqı göstəricilərini müqayisə edirlər. 2018-ci ildən başlayaraq belə indeks dərc olunur.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR