• Bakı C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 1.8474

    RUB - 0.0245

Daşkəsən, Göygöl və Gədəbəyə qar yağıb

CƏMİYYƏT

04 Dekabr 2022 | 11:08

Daşkəsən, Göygöl və Gədəbəyə qar yağıb

Dekabrın 3-ü axşam saatlarından başlayaraq Daşkəsən, Göygöl və Gədəbəy rayonlarına qar yağıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Daşkəsən rayonunun Xoşbulaq, Qaraqullar, Təzəkənd, Çıraqlı, Əmirvar, Qabaqtəpə, Astaf, Alaxançallı kimi ucqar dağ kəndlərində qarın hündürlüyü 15-25 santimetrə çatıb.

Daşkəsəndə yağan qarın yollarda nəqliyyatın hərəkətinə çətinlik yaratmaması üçün “31 saylı Yol İstismarı” MMC tərəfindən mütəmadi təmizləmə işləri aparılır, qum-duz qarışığı səpilir.

Hazırda qərb bölgəsində qeyri sabit hava şəraiti davam edir.(apa)


SON XƏBƏRLƏR

28 Yanvar 2023