• Bakı 24° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

DYP-dən dəhşətli qəza ilə bağlı AÇIQLAMA

CƏMİYYƏT

03 Yanvar 2023 | 09:23

DYP-dən dəhşətli qəza ilə bağlı AÇIQLAMA

Baş DYP İdarəsi​ bu gün səhər saatlarında Bakı-Qazax yolunda baş verən dəhşətli qəza ilə bağlı açıqlama yayıb.

Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu gün saat 08:20 radələrində Bakı-Qazax yolunun 55 km-də 3 nəqliyyat vasitəsinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib, hadisə nəticəsində avtomobillərdə yanğın başlayıb.

İlkin məlumata görə, hadisədə iştirak edən nəqliyyat vasitələrindən biri yanacaq daşıyan avtomobildir. Əraziyə dərhal Baş DYP İdarəsinin və FHN-nin əməkdaşları cəlb edilib.

Hadisə nəticəsində ilkin məlumata görə, 1 nəfər dünyasını dəyişib.

DYP əməkdaşları yolda təhlükəsizliyi təmin edərək hərəkətin nizamlanmasını həyata keçirirlər. Hadisə barədə ətraflı məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026