• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bakıda yaşayış binasında PARTLAYIŞ: Xəsarət alan var - FOTO

CƏMİYYƏT

02 Fevral 2023 | 09:08 | Müəllif: Qalib İbrahimoğlu

Bakıda yaşayış binasında PARTLAYIŞ: Xəsarət alan var - FOTO

Bu gecə saat 00:15 radələrində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Bakıvaxtı.az-a nazirlikdən bildirilib.

Verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Nəsimi Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 45m² olan ikiotaqlı mənzildə, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən olunub.

FHN qüvvələri tərəfindən əməliyyat şəraitinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Hadisə zamanı partlayış dalğasının təsirindən mənzilin bir otağının pəncərə çərçivəsi yerindən çıxıb, yanğın nəticəsində bir ədəd divan və kreslo qismən yanıb, yüksək temperaturdan bir ədəd kondisioner deformasiyaya uğrayıb. Mənzildə kirayəçi kimi yaşayan bir nəfər vətəndaş yanıq xəsarətləri alıb. Partlayış nəticəsində binanın yaxınlığında dayanan iki ədəd minik avtomobilinə ziyan dəyib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Bakıda yaşayış binasında PARTLAYIŞ: Xəsarət alan var - FOTOBakıda yaşayış binasında PARTLAYIŞ: Xəsarət alan var - FOTOBakıda yaşayış binasında PARTLAYIŞ: Xəsarət alan var - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR