"ABŞ-nin bütün hərəkətləri İranın daxili işlərinə qarışmaq və hərbi müdaxilə üçün bəhanə yaratmağa yönəlib, lakin Vaşinqton uğursuz olacaq".
Bakıvaxtı.az xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəliyi bildirib.
İranın BMT-dəki daimi nümayəndəliyi qeyd edib: "ABŞ-nin İrana qarşı fantaziyaları və siyasəti rejim dəyişikliyinə əsaslanır və sanksiyalar, təhdidlər, mütəşəkkil iğtişaşlar və xaos hərbi müdaxilə üçün bəhanə yaratmaq vasitəsi kimi xidmət edir".
İran missiyası həmçinin qeyd edib ki, bu ssenari artıq dəfələrlə uğursuz olub.
Zeynəb Rzayeva
Bakı 




