• Bakı 27° C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.1326

İran-Azərbaycan münasibətləri: Yeni əməkdaşlıq formatı mümkündür? 

SİYASƏT

04 Avqust 2025 | 16:45

İran-Azərbaycan münasibətləri: Yeni əməkdaşlıq formatı mümkündür? 

Son dövrlərdə İran və Azərbaycan arasında münasibətlərin dinamikası həm regional, həm də beynəlxalq səviyyədə diqqət mərkəzindədir. Müəyyən gərginliklərə baxmayaraq, iki qonşu ölkə arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün mühüm fürsətlər mövcuddur. Xüsusilə İranın yeni prezidenti Məsud Pezeşkianın Azərbaycanla bağlı verdiyi mesajlar və planlaşdırılan qarşılıqlı səfərlər münasibətlərin yeni mərhələyə keçidinin mümkünlüyünü göstərir.

Bu kontekstdə bölgədə sabitliyin və inkişafın təmin olunması baxımından Tehran-Bakı xəttində baş verənlər xüsusi əhəmiyyət daşıyır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq İlyas Hüseynov bildirib ki, İran ilə Azərbaycan arasında münasibətlərdə zaman-zaman gərginlik müşahidə olunsa da, əməkdaşlığın inkişafı üçün yetərincə potensial mövcuddur. İran İslam Respublikasının prezidenti, doktor Məsud Pezeşkianın Azərbaycana səfəri və eyni zamanda Xankəndidə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısında iştirakı münasibətlərdə dinamizmin artmasına təkan verə bilər.

Onun sözlərinə görə, bir tərəfdən prezidentin Bakıya səfəri, digər tərəfdən Xankəndidə regional platformada iştirakı onu deməyə əsas verir ki, iki ölkə arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq üçün yeni imkanlar formalaşmaqdadır. Tarixi bağlar və ortaq maraqlar üzərində gələcəyə yönəlik körpülər qurmaq mümkündür:

"Təəssüf doğuran məqam ondan ibarətdir ki, bəzi hallarda Zəngəzur dəhlizi layihəsinə qarşı çıxışlar və üçtərəfli əməkdaşlıq formatlarına dair tərəddüdlər müşahidə olunur. Bu isə regionun inteqrasiya və sabitlik imkanlarına xələl gətirə bilər. Prezident Pezeşkianın bu məsələlərə dair iradə göstərməsi və Türkiyə-Azərbaycan-İran əməkdaşlığını dəstəkləməsi təqdirəlayiqdir".

İlyas Hüseynov, politoloq 

Politoloq diqqətə çatdırıb ki, regional dövlətlər arasında anlaşmazlıq və fikir ayrılıqları nə qədər dərinləşərsə, xarici geosiyasi mərkəzlərin bölgəyə nüfuz imkanları bir o qədər genişlənir. Bu isə ümumi inkişaf və tərəqqi üçün ciddi maneələr yaradır:

"Ən doğru yol — İran və Azərbaycan arasında mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında əlaqələrin genişləndirilməsidir. Bu çərçivədə birgə siyasi vizion və regional layihələrin həyata keçirilməsi mümkündür. Hesab edirəm ki, tərəflər qarşılıqlı etimad və qətiyyət nümayiş etdirdikləri təqdirdə, bu məqsədə nail olmaq mümkündür".

Əli Hüseynov


SON XƏBƏRLƏR