• Bakı 17° C

    1.68 m/s

İran Türkiyəyə qaz tədarükünü bərpa etdi

DÜNYA

21 Yanvar 2022 | 21:27

İran Türkiyəyə qaz tədarükünü bərpa etdi

İranın Milli Qaz Şirkəti Türkiyəyə qaz nəqlinin bərpa olunduğunu açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Shana" xəbər agentliyi məlumat yayıb.

Yanvarın 19-da yaranan və bununla əlaqədar qazın 10 gün müddətinə dayandırılmasına qərar verilən texniki nasazlıqlar aradan qaldırılıb.

Qeyd olunur ki, yanvarın 17-də İrandan Türkiyəyə qaz nəqli gündəlik müqavilə həcminin üçdə birinə endirilib.

İran Tengiz-Ankara qaz kəməri ilə Türkiyəyə orta hesabla ildə 10 milyard kubmetr qaz verir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026