• Bakı 10° C

    9.77 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Rus ordusu Belarusda qalacaq

DÜNYA

20 Fevral 2022 | 16:29

Rus ordusu Belarusda qalacaq

Belarus və Rusiya prezidentləri İttifaq Dövlətinin reaksiya qüvvələrinin təlimlərini davam etdirmək qərarına gəliblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Belarusun müdafiə naziri Viktor Xrenin məlumat verib.
“Birlik Dövlətinin xarici sərhədləri yaxınlığında hərbi aktivliyin artması və Donbassda vəziyyətin gərginləşməsi ilə əlaqədar Belarus Respublikası və Rusiya Federasiyasının prezidentləri Birlik Dövlətinin reaksiya qüvvələrinin yoxlanılmasını davam etdirmək qərarına gəliblər", - Xrenin vurğulayıb.

Nazir qeyd edib ki, yoxlamalar zamanı İttifaq dövlətinin müdafiəsinin "əvvəllər ətraflı işlənməmiş" detallarına diqqət yetiriləcək.

Xatırladaq ki, fevralın 10-da Rusiya və Belarus “Soyuznaya Reşimost-2022” adlı iri manevrlərə başlayıb. Həmin vaxt Moskva və Minsk Rusiya hərbçilərinin təlimlərdən sonra daimi dislokasiya nöqtələrinə qayıdacaqlarını açıqlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026