• Bakı 22° C

    1.56 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

İsrailli futbolçular oyunu boykot etdilər

İDMAN

21 Oktyabr 2023 | 12:57

İsrailli futbolçular oyunu boykot etdilər

“Antalyaspor”un iki israilli futbolçusu Rəmzi Safuri və Sagiv Yehezkel “Qaziantep” FK ilə matçda iştirak etməyəcəklər.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb Türkiyə Futbol Federasiyasının qərarı olub.

Belə ki, qərara əsasən “Super Liqa”da bu həftə oynanılacaq maçlarda Qəzzada həlak olan fələstinlilərin xatirəsi bir dəqiqəlik sükutla yad edilməlidir.

Bundan sonra israilli yarımmüdafiəçilər oyunu boykot edəcəklərini bildirib.

“Antalyaspor” onların boykot qərarını qəbul edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR