Florentino Perezin yenidən prezident seçilməsindən sonra "Real Madrid"də Joze Mourinyonun dövrü rəsmi olaraq başlayıb.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, Florentino Perez Joze Mourinyonun transfer siyahısındakı adları bir-bir heyətə əlavə etməyə başlayıb. Mark Kukurellanı rəsmi olaraq elan edən "Real Madrid" həmçinin İbrahim Konate, Denzel Dumfries və Bernardo Silvanın transferlərini də sayır.
"Real Madrid" həmçinin müqaviləsi başa çatmış Antonio Rüdiger ilə 2027-ci ilə qədər qüvvədə olan yeni müqavilə imzalayıb.
Mourinyo "Real Madrid"in hücum xəttindəki yaradıcılıq çatışmazlığını aradan qaldırmaq üçün səylərini davam etdirir. Bu baxımdan, Bernardo Silvanın transferində israrlı olan portuqaliyalı məşqçi Arda Gülərin varlığını da böyük əhəmiyyət kəsb etdiyini düşünür.
İspaniya mətbuatında yer alan xəbərlərə görə, Joze Mourinyonun oyun planında Arda Gülər və Bernardo Silva yüksək səviyyəli yaradıcılıq qabiliyyətlərinə malik iki oyunçu kimi seçilir və portuqaliyalı məşqçi bu iki oyunçunu hücumda bir-birinə alternativ kimi görür.
Joze Mourinyonun texniki bacarıqlarından daha yaxşı istifadə etmək üçün Arda Gülərdən mərkəzdə deyil, hücum zonasında daha çox istifadə etməyi planlaşdırır. Mourinyonun yarımmüdafiənin mərkəzində daha çox atletikliyi olan oyunçulara üstünlük verəcəyi gözlənilir.
Murad Məmmədli
Bakı 



