Ukraynada koronavirus (COVID-19) pandemiyası ilə bağlı tətbiq olunan karantin və fövqəladə vəziyyət rejimləri ləğv edilib.
Bakıvaxtı.az xəbər verir ki, bunu ölkənin Baş naziri Denis Şmıqal bildirib.
Qeyd edək ki, Ukrayna koronavirusa ilk yoluxma halı 2020-ci ilin martında qeydə alınıb. Həmin il martın 20-də ölkədə fövqəladə vəziyyət elan edilib.
İndiyədək Ukraynada 35 milyon peyvənd istifadə olunub.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, son 3 il ərzində dünyada 20 milyona yaxın insanın bu virusun qurbanı olub.
















