• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Pakistanda güclü partlayış - ölənlərin sayı artdı - YENİLƏNİB

DÜNYA

30 Iyul 2023 | 22:55 | Müəllif: Subhan Mahmudov

Pakistanda güclü partlayış - ölənlərin sayı artdı - YENİLƏNİB

Pakistanın Xayber-Paxtunxva əyalətində “İslam Alimləri Assambleyası” partiyasının konqresində kamikadzenin törətdiyi partlayışda ölənlərin sayı 44 nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hayber-Paxtunxva əyalətinin səhiyyə naziri Riaz Ənvara məlumat yayıb.

Onun sözlərinə terror aktı nəticəsində 100-dən çox şəxs yaralanıb: “Terrorçu səhnənin bilavasitə yaxınlığında özünü partladıb”.

Qeyd edək ki, Pakistanın Baş naziri Şahbaz Şərif hadisənin araşdırılması və günahkarların müəyyən edilməsi barədə göstəriş verib.

 

19:30

Pakistanın Əfqanıstanla sərhədi yaxınlığında yerləşən Bajaur rayonunda keçirilən mitinq zamanı partlayış baş verib.

Bakıvaxtı.az xəbər verir ki, partlayış nəticəsində azı 35 nəfər həlak olub.

Məlumata görə, 200-ə yaxın şəxs yaralanıb. Yaralılar xəstəxanaya aparılıb. Həlak olanların sayının artacağı istisna edilmir.

Kamikadze hücumun kim tərəfindən həyata keçirildiyi məlum deyil.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR