• Bakı 12° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Antalyanı rekord sayda turist ziyarət etdi

DÜNYA

30 Iyul 2023 | 22:40 | Müəllif: Subhan Mahmudov

Antalyanı rekord sayda turist ziyarət etdi

Türkiyənin Antalya şəhərinə 2023-cü ilin əvvəlindən iyulun 29-na kimi 8 milyondan çox xarici ölkə vətəndaşı gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Antalya valisi Ersin Yazıcı bildirib.

Onun sözlərinə görə, şəhərə 8 milyon 11 min 828 turist gəlib ki, bu da yeni rekord göstəricidir.

Bundan əvvəlki rekord göstərici 2019-cu ildə qeydə alınıb. O zaman Antalyaya 8 milyon 4 min 11 turist gəlmişdi.

Həmçinin şənbə günü təyyarə ilə Antalyaya gələn turistlərin sayına görə yeni rekord qeydə alınıb: 100 min 40 turist.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026