Rusiya Silahlı Qüvvələri iyulun 31-nə keçən gecə Xarkova raket hücumu edib.
Bakıvaxtı.az UNİAN-a istinadla Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Bildirilib ki, raket zərbəsi nəticəsində anbar binasına ziyan dəyib, yanğın baş verib. Nəticədə mühafizəçi yaralanaraq xəstəxanaya yerləşdirilib.
Raket zərbəsi nəticəsində 200 kvadratmetrə yaxın ərazidə yanğın olub.
Zərbənin nəticələrinin aradan qaldırılmasına 28 xilasedici və 5 texnika cəlb olunub.
Murad Məmmədli
















