• Bakı C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.9738

    RUB - 2.1849

Kobaxidze: Arointeqrasiya prosesi dayanmayıb

DÜNYA

26 Noyabr 2025 | 14:22

Kobaxidze: Arointeqrasiya prosesi dayanmayıb

Gürcüstan avrointeqrasiya prosesini dayandırmayıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdə çıxışı zamanı deyib.

O qeyd edib ki, Avropa bürokratiyasının özü 2024-cü ilin iyunun 27-də Gürcüstanla dialoqu dayandırmaq barədə qərar qəbul edib.

“Bu qərar üçün heç bir əsas yox idi və gürcü xalqına münasibətdə son dərəcə ədalətsiz olub”, - Kobaxidze əlavə edib.

Baş nazir Avropa bürokratiyasının gürcü xalqına yanaşmasının dəyişəcəyinə ümidvar olduğunu vurğulayıb.

Qeyd edək ki, Gürcüstan hökuməti ötən ilin noyabrın 28-də Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyini bəyan edib.


SON XƏBƏRLƏR

17 Yanvar 2026