• Bakı 19° C

    5.15 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Körpə uşaq yuyucu vasitəsi içərək zəhərləndi

CƏMİYYƏT

03 Fevral 2023 | 17:14

Körpə uşaq yuyucu vasitəsi içərək zəhərləndi

Ağdaş rayonunda körpə uşaq yuyucu vasitəsi içərək zəhərlənib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə fevralın 2-də rayonun Ləki qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 2020 təvəllüdlü N.Şirinzadə evdə olan zaman nəzarətsiz qalıb. Bu zaman körpə yuyucu vasitəsi içib. Daha sonra o, zəhərlənmə diaqnozu ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyi nəticəsində N.Şirinzadənin həyatını xilas etmək mümkün olub.

Hazırda körpənin vəziyyəti normaldır. /Report


SON XƏBƏRLƏR

23 Aprel 2024