• Bakı 17° C

    1.68 m/s

Körpünün uçmasından sonra 2 nəfər xilas edildi - FOTOLAR

CƏMİYYƏT

15 Sentyabr 2023 | 11:05

Körpünün uçmasından sonra 2 nəfər xilas edildi - FOTOLAR

Fövqəladə Hallar Nazirliyi Xaçmazda körpünün uçması ilə bağlı məlumat yayıb.

Nazirlikdən Bakıvaxtı.az-a bildirilib ki, intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları səbəbindən Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində körpü uçub.

Hadisə ilə əlaqədar dərhal FHN-in Şimal Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

İlkin məlumata əsasən, xilasedicilər tərəfindən xüsusi vasitələrdən istifadə olunmaqla 2 nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Əlavə məlumat veriləcək.

Qeyd edək ki, hadisə nəticəsində Xaçmaz-Xudat yolu bağlanıb. Hadisə baş verən zaman körpünün üzərində hərəkətdə olan avtomobil çay dərəsinə düşüb, xəsarət alanlar var.


Körpünün uçmasından sonra 2 nəfər xilas edildi - FOTOLARKörpünün uçmasından sonra 2 nəfər xilas edildi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026