• Bakı C

    5.34 m/s

  • USD - 1.7

    EUR - 1.77

    RUB - 1.7128

Korrupsiya ilə əlaqədar məlumat verən işçiyə qisastətbiqinə yol verilməyəcək

CƏMİYYƏT

23 Yanvar 2025 | 16:02

Korrupsiya ilə əlaqədar məlumat verən işçiyə qisastətbiqinə yol verilməyəcək

Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən işçiyə birbaşa və ya dolayı yolla qisas tətbiq edilə bilməz.

Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Korrupsiyaya qarşı mübarizə haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

    Layihəyə əsasən, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən işçiyə belə məlumat verdiyinə görə birbaşa və ya dolayı yolla qisas almaq məqsədilə tənbeh tətbiq etmə, əmək müqaviləsinə xitam vermə, vəzifədən azad etmə, başqa işə keçirmə, əməkhaqqından qanunsuz tutulmalar aparma, vəzifədə irəli çəkilməyə və ya həvəsləndirilməyə aktiv və ya passiv formada maneçilik törətmə, mənfi cəhətdən xarakterizə etmə və digər bu cür tədbirlər tətbiq edilə bilməz. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs ona qisas almaq məqsədilə hər hansı tədbirlərin tətbiqinə dair dəlillər irəli sürdükdə həmin dəlillərin təkzib edilməsi işəgötürənin üzərinə düşür.

    Orqanın (qurumun) rəhbəri müvafiq orqan (qurum) daxilində yuxarıda qeyd olunan tələblərə riayət olunmasını təmin edir və həmin maddənin tələblərinin pozulması məsuliyyətə səbəb olur. Qisas məqsədli tədbirə məruz qaldığını iddia edən şəxs pozulmuş hüquqlarının bərpası üçün aidiyyəti üzrə yuxarı vəzifəli şəxsə və məhkəməyə müraciət edə biləcək.


    SON XƏBƏRLƏR