• Bakı 8° C

    11.44 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Kremldən Putin-Ərdoğan görüşü ilə bağlı AÇIQLAMA

DÜNYA

14 Fevral 2024 | 21:03 | Müəllif: Subhan Mahmudov

Kremldən Putin-Ərdoğan görüşü ilə bağlı AÇIQLAMA

“Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin vaxtı hələ müəyyən edilməyib, lakin onun yaxın gələcəkdə - Rusiyadakı prezident seçkisinə qədər baş tutacağı istisna edilmir”.

Bakıvaxtı.az xəbər verir ki,bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

“Biz bu səfərə hazırlaşırıq, tarixlər hələ müəyyən edilməyib. Biz onun yaxın gələcəkdə baş tutacağını gözləyirik. Biz istisna etmirik ki, səfər Rusiya Federasiyasında prezident seçkisi öncəsi baş tutacaq”, - Kreml nümayəndəsi bildirib.

Qeyd edək ki, bundan əvvəl media Putinin Türkiyəyə səfərinin fevralın 12-də baş tuta biləcəyini yazıb. Eyni zamanda, Kreml bu tarixi təsdiq etməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026