• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ukrayna və Rusiya hərbçilərin meyitlərini mübadilə etdilər

DÜNYA

15 Mart 2024 | 18:28 | Müəllif: Subhan Mahmudov

Ukrayna və Rusiya hərbçilərin meyitlərini mübadilə etdilər

Ukrayna Rusiya Silahlı Qüvvələri ölən 69 hərbçinin meyitini Rusiya tərəfinə təhvil verib.

Bakıvaxtı.az Rusiya mediasına istinadən xəbər verir ki, eyni zamanda, Ukraynanın hərbi əsirlərin müalicəsi üzrə koordinasiya qərargahı artıq Rusiya tərəfindən Ukrayna Silahlı Qüvvələrinin 100 əsgərinin meyitinin geri qaytarıldığını bildirib.

Bundan əvvəl Rusiya Federasiyasındakı İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova Ukrayna Ombudsmanından yaralıların Rusiya Federasiyasına qaytarılmasına köməklik göstərməsini xahiş edib.

Ombudsmanın sözlərinə görə, hazırda Ukrayna ərazisində 24 yaralı rus əsgəri əsirlikdədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026