Roma Papası Fransisk İran və İsraili zorakılıqdan çəkinməyə çağırıb.
Bu barədə Bakıvaxtı.az-a “The Times” nəşrinə istinadən xəbər verir.
“Heç kim başqalarının varlığını təhdid etməməlidir. Bununla belə, bütün ölkələr sülhün tərəfində olmalı, israillilərlə fələstinlilərin iki dövlətdə yan-yana və təhlükəsiz şəraitdə yaşamasına kömək etməlidir”, - pontifik vurğulayıb.
















