• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ABŞ bazalarına hücum etməyəcəyik - Abdullahian

DÜNYA

14 Aprel 2024 | 16:22 | Müəllif: Subhan Mahmudov

ABŞ bazalarına hücum etməyəcəyik - Abdullahian

İranın bölgədəki amerikalılara və ABŞ bazalarına hücum etmək niyyəti yoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

“Biz amerikalılara və ya regiondakı ABŞ bazalarına hücum etmək fikrində deyilik, lakin region ölkələrində yerləşən ABŞ bazalarından bizə hücum edilərsə, onlara hücum etmək məcburiyyətində qalacağıq”, - nazir bildirib.

Qeyd edək ki, İran aprelin 14-də İsrailə qarşı hərbi əməliyyat keçirib. Əməliyyat zamanı İsrailə onlarla PUA və raket zərbələri endirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026