Uzun illər Rusiyada yaşayıb, jurnalistika ilə məşğul olmuş, siyasi şərhçi Fuad Abbasov Bakıvaxtı.az-a müsahibə verib.
Martın 22-də Rusiyanın paytaxtı Moskva şəhərindəki “Krokus Siti holl” kompleksində baş verən terror hadisəsindən danışan F.Abbasov teraktla bağlı gizlinləri açıqlayıb.
- Rusiyada törədilən məlum terraktla kimə, hansı mesaj ötürüldü?
- Sizinlə subyektiv fikirlərimi, baxışımı payaşacağam. 1999-cu ildə Rusiyada, Moskvanın Quryanov küçəsində, daha sonra Ryazanda, ardınca Mineralnıye Vodı və Malqodonsk şəhərlərində terror aktları baş verdi. Bunun Çeçenistanda müharibə başlatmaq üçün Kreml və ya Federal Təhlükəszlik Xidməti tərəfindən həyata keçirildiyi sübut olundu.
Son terror aktının da günlərin birində Kreml tərəfindən təşkil edildiyinə dair məlumatlar alacağıq. Terror aktının nəticəsində ölkədə müəyyən qərarlar qəbul ediləcək. Biz bu gedişləri “Nordos” teatr mərkəzindəki terraktdan və “Beslan” terror aktından sonra çox yaxşı xatırlayırıq. Bu sayaq terror hadisələrindən sonra normal şərtlərdə qəbul edilməyən qərarlar qəbul edilir. Bütün bunların hamısında terror əsas gətirilir.
- Bu hadisəni İŞİD -in törətməsi nə qədər inandırıcıdır?
- Hazırda İŞİD elə bir terror təşkilatı halına gəlib ki, hər hansı bir ölkədən, dini mənsubiyətindən asılı olmadan sifarişi kim verirsə versin, onun qarşılığında dünyanın hər hansı bir yerində terror aktı həyata keçirməyə hazırdır. “Krokus”dakı terrakta dair sifarişin kimlər tərəfindən verildiyi çox şübhəlidir. İŞİD bir təşkilatçıdır, amma sifarişi kim edib? İŞİD-in heç bir səbəb olmadan, Rusiyanın İsrail-Fələstin qarşıdurmasında Fələstinin tərəfində olan nadir xristan dövlətlərdən biri olmasına rəğmən Rusiyaya qarşı belə bir addım atmasına inanmıram. Ayrıca olaraq, diqqət etsəniz, Rusiyada bir çox ticarət mərkəzi var, onların çox sayda yəhudi və xristian əsilli sahibləri var, amma nədənsə, İŞİD onları bir kənara qoyub, Müslüm Maqomayevin adına və sahibinin müsəlman olduğu bir ticarət mərkəzinin nəzdindəki konsert zalına hücum edir. Bu, məntiqsizdir. Bu mənada məlum terraktın İŞİD-lə hansısa əlaqəsinin olduğunu düşünmürəm.
- Teraktı Rusiya siyasi hakimiyyətinin teatral səhnəsi, itirilmiş sosial bazanın bərpası kimi yozanlar da var, razısınızmı?
- Rusiya prezidenti Vladimir Putinin hakimiyyətə gəlmə illərini xatırlayıram. 1999-cu ildə baş nazir vəzifəsini icra edirdi, daha sonra president seçildi. Putin hakimiyyətini möhkəmlətmək üçün Çeçenistanda ikinci müharibə həyata keçirdi. Bundan sonra kimsə Putinə qarşı neqativ bir söz söyləyə bilmədi, müxalifət susdu. Çünki ölkədə müharibə gedirdi. Bu gün nəticədə Ramzan Kadrov kimi Çeçenistan yönətçisi və çeçen xalqıni dizi üstə çökdürən Putini görürük.
Eynilə Putnin son seçkidə qalib gəlməsindən sonra bir stimul və sosial, ictimai dəstək lazım idi. Bu dəstəyi də terror aktını həyata keçirərək qazanmağa çalışır. Teraktı ölkədə konsert zallarına gedən, əylənən aşağı və orta təbəqə insanlarına təsir göstərmək məqsədilə reallaşdırırlar. Həm də xalqa “Baxın, Putin olmasa, sizi nə qədər böyük təhlükələr gözləyir”, “Putin sizin təhlükəsizliyinizi təmin edir”, "Putin gedərsə, ölkə qarışacaq”, "Putinə dəstək verin” kimi mesajlar ötürürlər. Bu da terraktın başında Kremlin dayandığını bir daha təsdiqləyir.
- Niyə məhz “Krokus”?
- Buna dair bir fikrim yoxdur.
Terroru sifariş edənlər “Kroks"u seçiblərsə, bunun çox ciddi bir səbəbi var. Bu səbəb də növbəti günlərdə açıqlanacaq.
Yenə də vurğulayıram ki, bunu İŞİD həyata keçirmiş olsaydı, İŞİD birbaşa iştirak etmiş olsaydı, müsəlmana məxsus, Müslüm Maqomoyev adına olan konsert zalını deyil, başqa yerləri seçə bilərdi.
- Hadisədən öncə bəzi ölkə səfirliklərinin oradakı vətəndaşlarına müraciəti, xəbərdarlığı oldu. Bu, hadisə ilə bağlı bəzi ölkə kəşfiyyat orqanlarının bundan xəbərdar olması anlamına gəlmirmi?
- Bəli, hadisədən bir müddət öncə Amerika səfirliyi həm öz vətəndaşlarına, həm də Rusiya iqtidarına mesaj göndərərək, xəbərdarlıq etdi. Bunu da etmək ciddi problem deyil. Müəyyən xətlərdə kəşfiyyat xidmətləri bir-birinə xəbərdarlıq edirlər. mesajlar ötürürlər. Bu da həmin o mesajlardan biri idi. Kremlə terror haqqında məlumatlar ötürülüb.
Baxın, Türkiyədə “Dikaya utka” gecə klubuna terror hücumundan əvvəl İngiltərə və Amerika səfirlikləri öz vətəndaşlarına xəbərdarlıq edərək, kütləvi yerləri ziyarət etməməyə çağırmışdı. Çağırışın üstündən bir neçə həftə keçəndən sonra İstanbulda terakt baş tutmuşdu. Bütün bunlar onu göstərir ki, İngiltərə və Amerika kəşfiyyatlarının məlumatları doğru çıxır. Amma Putin bunlara diqqət etməyib. Hətta güc nazirlərinin iştirakı ilə apardığı müşavirədə teraktı Amerika və Qərb dövlətləri tərəfindən həyata keçirilən təxribat kimi qiymətləndirib.
Aydın Baxış