• Bakı 21° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Küləkli hava bu vaxtadək davam edəcək

CƏMİYYƏT

12 Aprel 2022 | 14:07 | Müəllif: Qalib İbrahimoğlu

Küləkli hava bu vaxtadək davam edəcək

"Bu gün səhər saatlarında atmosfer havası üzrə avtomatik stansiyalardan əldə olunan məlumatlara əsasən Bakı, Sumqayıt və Gəncə şəhərlərində havanın keyfiyyət göstəriciləri norma daxilində olub".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib.

Onun sözlərinə görə, gündəlik müşahidələrə, peyk görüntülərinə və toz proqnoz modellərinə əsasən yaxın günlərdə ölkə ərazisində transsərhəd çirklənmə gözlənilmir. G.Abbasova deyib ki, lakin bu gün axşam saatlarından başlayaraq cənub-şərq küləklərinin arabir güclənən şimal-qərb küləkləri ilə əvəzlənməsi nəticəsində dispers toz hissəciklərinin normadan bir qədər yüksək olacağı, yəni lokal xarakterli çirklənmə proqnozlaşdırılır: "Belə küləkli hava şəraitinin sabah axşam saatlarına qədər davam edəcəyi gözlənilir”.

Xidmət əməkdaşı bildirib ki, aprelin 14-də şimal-qərb küləklərinin zəif cənub-şərq küləkləri ilə əvəzlənməsinin havada həm qaz qarışıqlarının, həm də dispers toz hissəciklərinin miqdarının norma daxilində olacağına və hava keyfiyyətinin yaxşılaşmasına şərait yaradacağı gözlənilir.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026