• Bakı 11° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

“Böyük qayıdışa maneə yaradan iki səbəb var”

CƏMİYYƏT

12 May 2022 | 13:27

“Böyük qayıdışa maneə yaradan iki səbəb var”

“İşğaldan azad edilmiş ərazilərə böyük qayıdışa maneə yaradan iki səbəb var. Bunun birincisi minalanmış ərazilər, ikincisi transsərhəd çaylarının ekoloji vəziyyətidir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında “Qarabağa dönüş” İctimai Birliyinin üzvü Aybəniz İsmayılova bildirib.

O qeyd edib ki, Ermənistan ərazisində kəskin çirklənməyə məruz qalan çaylardan biri də Oxçuçaydır: “Zəngilanda olan xanımlar söhbət zamanı onları narahat edən bir məsələ var. Onlar Oxçuçayın çirklənməsindən qorxuram. İşğaldan öncə Oxçuçaydan məişətdə və təsərrüfatda istifadə olunub. Hesab edirəm ki, həm qarşı tərəfdən, həm bizim tərəfdən qadınların iştirakçılığı ilə bu məsələləri həll edə bilərik”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR