• Bakı 17° C

    1.24 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

"LİBRAFF" məhkəməyə verildi

CƏMİYYƏT

19 Iyun 2023 | 23:54 | Müəllif: Qalib İbrahimoğlu

"LİBRAFF" məhkəməyə verildi

"LİBRAFF" kitab mağazaları şəbəkəsi barəsində protokol tərtib edilib.

Bakıvaxtı.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib. 

Protokol baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Oktyabr 2026