• Bakı 19° C

    1.47 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Lirə niyə ucuzlaşır? - Ekspert AÇIQLADI

İQTİSADİYYAT

10 Avqust 2023 | 10:06 | Müəllif: Qalib İbrahimoğlu

Lirə niyə ucuzlaşır? - Ekspert AÇIQLADI

“Türkiyə lirəsinin məzənnəsində azalma gözlənilən idi”.

Bunu Bakıvaxtı.az-a  millət vəkili Vüqar Bayramov Türkiyə lirəsinin ABŞ dolları qarşısında getdikcə ucuzlaşmasını şərh edərkən deyib.

İqtisadçı deputatın sözlərinə görə, gözlənti də ondan ibarət idi ki, Türkiyə lirəsi dollara nisbətən qısa müddətli dəyər itirməkdə davam edəcək. Təbii ki, Ankaranın hədəfi Türkiyə məzənnəsinin stabilləşməsinə nail olmaqdır: “Bu mənada, həmTürkiyədə xarici valyutaya olan tələb, həm də sərmayələrin son illər Türkiyədən axını lirəyə təzyiqi artırmışdı. Bu da, təbii ki, lirənin məzənnəsində azalmalarla müşahidə olundu".

Deputat qeyd edib ki, Azərbaycanın ticarət tərəfdaşı olaraq Türkiyə xüsusi paya malikdir. V.Bayramova görə, bir tərəfdən, Türkiyə-Azərbaycan ümumi ticarətində ikinci ən böyük tərəfdaş, digər tərəfdən, qeyri-neft sektorunda yenə də ikinci ən böyük partnyorudur.

Onun sözlərinə görə, bununla belə, Türkiyə lirəsinin dəyər itirməsi milli valyutamıza hər hansı təsir göstərmir: "Çünki manatın məzənnəsi birbaşa ölkəyə daxil olan valyutanın həcmi ilə müəyyənləşir. Lakin bunun idxal-ixrac əməliyyatlarımıza xüsusi təsirləri var. Bu, Türkiyədən idxal edilən məhsulların qiymətinin aşağı düşməsinə, idxalın artmasına səbəb ola bilər. Ancaq Türkiyə-Azərbaycan ticarətində hər hansı kardinal dəyişikliklərin olacağı gözlənilmir".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR