Belarus Prezidenti Aleksandr Lukaşenko Zimbabve Prezidenti Emerson Mnanqaqveyə traktor hədiyyə edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Pul Pervoqo” Teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, traktor Zimbabve prezidentinin şəxsi yardımçı təsərrüfatı üçün bağışlanıb.
Zimbabve prezidenti isə əvəzində Lukaşenkoya Afrika şirinin müqəvvasını hədiyyə edib.
















