Türkiyədə Kahramanmaraş zəlzələsindən sonra digər vilayətlərdə də ola biləcək yeraltı təkanlarla bağlı ekspertlərdən açıqlamalar gəlməyə davam edir. Xüsusilə İstanbul və İzmir zəlzələləri ilə bağlı açıqlamalar diqqətlə izlənilir.
Bakıvaxtı.az xəbər verir ki, Kahramanmaraş zəlzələsi olan gündən verdiyi açıqlamalarla Türkiyənin gündəmini dəyişən Prof. Dr. Naci Görür gözlənilən İzmir zəlzələsi ilə bağlı əhəmiyyətli bir qiymətləndirmə edib. Görür İzmirdə gözlənilən zəlzələnin gücü ilə bağlı da açıqlama verib.
Onun sözlərinə görə, Türkiyədə zəlzələnin olmasının səbəbi bu coğrafiyada lövhələrin nisbi hərəkətinin nəticəsidir.
İzmirdə 6 bal gücündə zəlzələ gözlədiyini söyləyən Prof. Görür qeyd edib ki, burada zəlzələlər ümumiyyətlə 6.0 səviyyəsindədir: "Yəni 6.6, 6.2 və ya daha aşağı ola bilər. Tarixi dövrlərdə böyük zəlzələlər təbliğ olunub, amma İzmir yarımadasında baş verdiyini düşünmürəm".
Murad Məmmədli


















