• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rus ordusu Zaporojyeni raketlə vurur

DÜNYA

02 Mart 2023 | 10:55

Rus ordusu Zaporojyeni raketlə vurur

Rusiya ordusu ötən gecə Ukrayna ərazisini raket atəşinə tutub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqramda yazıb.

Onun sözlərinə görə, ən çox dağıntılar Zaporojye şəhərində qeydə alınıb.

Dövlət başçısı bildirib ki, gecə saatlarında şəhərin mərkəzindəki hündürmərtəbəli bina raketlə vurulub və binanın yuxarı mərtəbələri dağılıb: "Təəssüf ki, raket hücumu nəticəsində ölənlər və yaralananlar var. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Terrorçu dövlət xalqımızı hər gün terrora məruz qoymaq istəyir, lakin bizim torpaqlarımızda pislik hökm sürməyəcək. Biz bütün işğalçıları qovacağıq və onlar hər bir əməllərinə görə mütləq cavab verəcəklər".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026